Menyu

Yol polisini təhdid edən sürücü həbs olunub - VİDEO

Əsəd Abbaslı
Yol polisini təhdid edən sürücü həbs olunub - VİDEO

Bakıda “Opel” markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Belə ki, eyni anda iki qayda pozuntusu edən sürücü saxlanılaraq barəsində protokol tərtib edilib. Sürücü DYP əməkdaşlarını şantaj etmək məqsədilə guya onlara pul verməsi ilə bağlı saxta videogörüntü çəkərək sosial şəbəkələrdə paylaşıb.

Əməkdaşla sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb, şantajçı sürücü ifşa edilib.

Barəsindəki protokolun ləğvinə çalışan və əməkdaşları təhdid etməyə cəhd göstərən S.Məmmədov əməlini etiraf edib və həbs olunub.

Teqlər:

"Yol polisini t\u0259hdid ed\u0259n s\u00fcr\u00fcc\u00fc h\u0259bs olunub - V\u0130DEO"

Əlaqəli Xəbərlər