Əfv sərəncamı 6 saylı cəzaçəkmə müəssisəsində icra olunub
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
Operativ Media xəbər verir ki, əfv sərəncamı cəzaçəkmə müəssisəsində cəza çəkənlərdən ümumilikdə 6 nəfərə şamil olunub.
Əfv edilən məhkumkardan 5-i Azərbaycan Respublikasının vətəndaşı, 1-i isə Pakistan vətəndaşıdır.
Tədbirdə Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov, Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə, Milli Məclisin deputatları Bəhruz Məmmədov, Hikmət Babaoğlu da iştirak edib.
Teqlər:
"\u018ffv s\u0259r\u0259ncam\u0131 6 sayl\u0131 c\u0259za\u00e7\u0259km\u0259 m\u00fc\u0259ssis\u0259sind\u0259 icra olunub"