Menyu

Əfv sərəncamı ümumilikdə 220 nəfərə şamil edilib

Əfv sərəncamı ümumilikdə 220 nəfərə şamil edilib

Ədliyyə Nazirliyinin Probasiya xidməti əfv sərəncamının icra edilməsi prosesini həyata keçirib.

Operativ Media xəbər verir ki, Probasiya xidmətinin rəisi Vüqar Ağayev bildirib ki, əfv sərəncamının şamil edildiyi 220 nəfərdən 20-si probasiya qeydiyyatında olan şəxslərdir.

“Bu 20 nəfərdən dördü Bakı şəhəri üzrə qeydiyyatda olanlardır. Onlardan biri azadlığın məhdudlaşdırılması, digərləri isə cərimə və islah işləri üzrə məhkumlardır”.

Vüqar Ağayev əlavə edib ki, bu il ilk dəfə Probasiya Xidməti ilə Sosial Xidmətlət Agentliyi əfv sərəncamının icrasının ardınca həmin şəxslərin cəmiyyətə uyğunlaşması üçün müştərək iş aparacaqlar.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

Sərəncam ümumilikdə 220 nəfərə şamil edilib.

Teqlər:

"\u018ffv s\u0259r\u0259ncam\u0131 \u00fcmumilikd\u0259 220 n\u0259f\u0259r\u0259 \u015famil edilib"

Əlaqəli Xəbərlər