Menyu

Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb

Nərmin Qocamanlı
Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb

N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Fariz İsayevin ölüm faktı əsasında Sumqayıt hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, faktla bağlı Sumqayıt hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. 

Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən müvafiq qərarın qəbul edilməsi təmin ediləcəkdir. 

Allah hərbçimizə rəhmət eləsin!

Teqlər:

"\u018fsg\u0259rin \u00f6lm\u0259si fakt\u0131 \u00fczr\u0259 cinay\u0259t i\u015fi ba\u015flan\u0131b"

Əlaqəli Xəbərlər