Ana səhifə / Ölkə / Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb 26.05.2025, 08:10 Əziz Əzizli Bakıda hazırda bəzi yollarda nəqliyyatın sıxlığı müşahidə olunur. Operativ Media xəbər verir ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 4. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 7. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində; 8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 9. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 10. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 13. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur. Teqlər: "Bak\u0131da haz\u0131rda s\u0131xl\u0131q m\u00fc\u015fahid\u0259 olunan yollar a\u00e7\u0131qlan\u0131b"
01.03.2026, 14:25 Ceyhun Bayramov: Hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil