Menyu

FHN Mingəçevirdəki qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Əsəd Abbaslı
FHN Mingəçevirdəki qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat yayıb.

Operativ Media xəbər verir ki, məlumatda dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunduğu bildirilir.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "T-140" markalı traktorun "QAZ- 24" markalı minik avtomobilini yedəyə alıb sərt yamacı qalxan zaman hər iki nəqliyyat vasitəsinin aşdığı və vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən aşmış traktorun altında qalmış sürücü - 1993-cü il təvəllüdlü Mustafayev Firdovsi İlqar oğlunun meyiti və traktorda olan müxtəlif dərəcəli bədən xəsarətləri almış sərnişin - 1988-ci il təvəllüdlü Bəkirov Nicat Səfər oğlu aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

21:57

Yevlax rayonunda traktorun aşması ölümlə nəticələnib.

Operativ Media xəbər verir ki, Yevlax rayon ərazisində traktorun aşması nəticəsində Mingəçevir şəhər sakini 1993-cü il təvəllüdlü F.Mustafayev aldığı xəsarətdən hadisə yerində keçinib.

Xəsarət alan 1988-ci il təvəllüdlü N.Bəkirovdur.

O, Mingəçevir şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"FHN Ming\u0259\u00e7evird\u0259ki q\u0259za il\u0259 ba\u011fl\u0131 m\u0259lumat yay\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər