Əli mühərrikdə sıxılıb qalan şəxs xilas edilib - VİDEO
Əsəd Abbaslı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Dəyirmandağ kəndi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş - 1954-cü il təvəllüdlü Məmmədov Vaqif Heydər oğlu su mühərrikinin təmiri zamanı əlinin mühərrikdə sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən V.Məmmədovun sıxılı vəziyyətdə qalmış əlinin təhlükəsiz qaydada çıxarılması təmin edilib.
Teqlər:
"\u018fli m\u00fch\u0259rrikd\u0259 s\u0131x\u0131l\u0131b qalan \u015f\u0259xs xilas edilib - V\u0130DEO"