Sumqayıt sakininin bank kartından pul oğurlayan şəxs saxlanılıb
Əziz Əzizli
Mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2 min 600 manat oğurlayıb.
Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Faktla araşdırma aparılır.
Teqlər:
"Sumqay\u0131t sakininin bank kart\u0131ndan pul o\u011furlayan \u015f\u0259xs saxlan\u0131l\u0131b"