Bakıda iki ayrı oğurluq hadisəsi ilə bağlı şübhəlilər saxlanılıb
Əziz Əzizli
Nərimanov rayonu ərazisində bir nəfərin çantasından telefon oğurlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayonun Z.Bünyadov küçəsində Sumqayıt şəhər sakini polisə müraciət edərək 3 min 600 manat dəyərində telefonunun oğurlanmasını bildirib.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğrunu müəyyən etmək mümkün olub.
Belə ki, hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Səfərov şübhəli şəxs qismində saxlanılıb.
Nəsimi rayonunda isə mağazaların birindən 800 manat dəyərində tütün məmulatları talamaqda şübhəli bilinən 55 yaşlı V.Kərimov da müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Teqlər:
"Bak\u0131da iki ayr\u0131 o\u011furluq hadis\u0259si il\u0259 ba\u011fl\u0131 \u015f\u00fcbh\u0259lil\u0259r saxlan\u0131l\u0131b"