“StartupBlink” tərəfindən açıqlanan 2025-ci il üzrə "Qlobal Startap Ekosistemi İndeksi"ndə paytaxtımız mühüm uğura imza ataraq Mərkəzi Asiyada innovasiya lideri olub və “İlin şəhəri” mükafatına layiq görülüb.
Operativ Media xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.
Elektron kommersiya, təhsil, sosial-əyləncə və pərakəndə satış sahələrində tətbiq olunan innovativ texnologiyalar Bakının fərqlənməsində mühüm rol oynayıb.
Bakı eyni zamanda tədbirlər, logistika, səyahət, onlayn bazarlar və SaaS xidmətləri üzrə də ilk 100-lükdə yer alıb.
Teqlər:
"Bak\u0131 M\u0259rk\u0259zi Asiyan\u0131n innovasiya lideri oldu"