Azərbaycandan xarici bazarlara pomidor ixracı 15 faizdən çox artıb
Azərbaycandan xarici bazarlara pomidor ixracının həcmi və dəyərində artım müşahidə olunub. Bu ilin ilk dörd ayı ərzində ölkəmizdən xarici ölkələrə 60 148,1 ton həcmində, ümumilikdə 74 732,0 min ABŞ dolları dəyərində pomidor ixrac edilib.
Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Yanvar-aprel aylarında həyata keçirilən pomidor ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3%, dəyəri isə 5% artıb.
Azərbaycandan xarici ölkələrə əsasən istixana şəraitində yetişdirilən pomidor sortları ixrac olunur.
İstixana təsərrüfatlarına marağın artması və istixanaların sayının çoxalması ixracın artmasına təsir edən əsas amillərdəndir.
Xarici bazarlara pomidor ixracı intensiv şəkildə davam edir.
Teqlər:
"Az\u0259rbaycandan xarici bazarlara pomidor ixrac\u0131 15 faizd\u0259n \u00e7ox art\u0131b"