VIII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının proqramı bəlli olub.
Operativ Media-nın əldə etdiyi məlumata görə, 24-25 may tarixlərində baş tutacaq festivalın proqramı aşağıdakı kimidir:
I GÜN
Şuşa şəhəri – Cıdır düzü və Xan qızı Natəvanın sarayı
16:00 Festivalın açılış konserti
Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədən tanınmış incəsənət xadimlərinin iştirakı ilə musiqi proqramı. Məkan: Cıdır düzü
19:00 “Üzeyir bəy belə deyərdi…” Tamaşası
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən təqdim edilən səhnə nümunəsi. Məkan: Xan qızı Natəvanın sarayının qarşısı
II GÜN
Şuşa şəhəri – Cıdır düzü
12:00 Tələbə Konserti
Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin ifası. Məkan: Cıdır düzü
16:00 Polad Bülbüloğlunun Konserti
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə xüsusi musiqi axşamı. Məkan: Cıdır düzü