Menyu

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.

Operativ Media xəbər verir ki, qanun layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri isə 37 milyard 719,7 milyon manat təşkil edib.

Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5 % və 3,5 % çoxdur.

Son nəticədə ötən il büdcədə 555,5 milyon manat və yaxud ümumi daxili məhsulun 0,4 %-i qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37,1% azdır.

Teqlər:

"\"2024-c\u00fc il d\u00f6vl\u0259t b\u00fcdc\u0259sinin icras\u0131 haqq\u0131nda\" qanun layih\u0259si Milli M\u0259clis\u0259 daxil olub"

Əlaqəli Xəbərlər