Menyu

Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğalı zamanı Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub

Əsəd Abbaslı
Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğalı zamanı Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın Ermənistan tərəfindən işğal edilməsi zamanı təqsirləndirilən şəxs Levon Mnatsakanyanın da iştirak etməsi etirafını əks etdirən videomaterial nümayiş olunub.

Operativ Media xəbər verir ki, videomaterialda L.Mnatsakanyan deyir: “Şuşanı tutan zaman Aşot Qulyanın bölüyündə olmuşam.

Bizim bölüyümüz onların bölüyünün sol tərəfində fəaliyyət göstərirdi - Şuşa qalası istiqamətində. Bizim bölüyümüz onların bölüyü ilə sıx əməkdaşlıq edirdi. Əsas cəbhənin yarılması mərkəzi və sol hissədə idi”.

Dövlət ittihamını müdafiə edən prokurorların videomaterial barədə sualını cavablandıran Levon Mnatsakanyan kadrlarda dediyi sözləri inkar edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 23-də davam etdiriləcək.

Teqlər:

"M\u0259hk\u0259m\u0259d\u0259 \u015eu\u015fan\u0131n Erm\u0259nistan t\u0259r\u0259find\u0259n i\u015f\u011fal\u0131 zaman\u0131 Levon Mnatsakanyan\u0131n da i\u015ftirak etm\u0259sini \u0259ks etdir\u0259n videomaterial n\u00fcmayi\u015f olunub"

Əlaqəli Xəbərlər