Qazaxda yük maşını qatarla toqquşub - YENİLƏNİB
Bu gün saat 16:30 radələrində "Ford" markalı avtomobil dəmiryol keçidindən keçid qaydalarını pozaraq Qazax stansiyası istiqamətində hərəkət edən qatarın qarşısına çıxıb.
Bu barədə Operativ Media-ya Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən bildirilib.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub.
ADY hərəkət iştirakçılarına bir daha çağırış edərək onları kritik təhlükəli zona hesab edilən dəmir yollarını keçərkən son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarının tələblərinə əməl etməyə çağırır.
Qeyd edək ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dəmir yolu xəttinin Qazax rayon Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü sürücü Əşraf Şirinov xəsarət alıb.
18:09
Qazaxda avtomobili qatarla toqquşub, xəsarət alan var.
Operativ Media xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dəmir yolu xəttinin rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Ford" markalı yük maşını dəmir yolu xəttinə çıxıb.
Nəticədə qatar yük maşınını vurub.
Bu zaman "Ford"un sürücüsü - 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bidirilir.
Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.