Möminə Xatun türbəsinin bərpasına 1 milyon manat ayrılıb
Əziz Əzizli
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla abidədə bərpa və konservasiya işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.
Teqlər:
"M\u00f6min\u0259 Xatun t\u00fcrb\u0259sinin b\u0259rpas\u0131na 1 milyon manat ayr\u0131l\u0131b"