FHN və AZAL hava limanlarında birgə təlimlər keçirib - VİDEO
Heydər Əliyev Beynəlxalq Aeroportunda və ölkənin regional hava limanlarında fövqəladə halların idarə olunması üzrə hazırlıq səviyyəsinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları ilə birgə genişmiqyaslı xüsusi taktiki təlimlər keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Təlimlər hava limanlarının strateji obyektlərini — naviqasiya qüllələrini, sərnişin terminallarını, yanacaq təminatı çənlər parkını və qəza enişi zamanı istifadə edilən uçuş-enmə zolaqlarını əhatə edib. Təlimin əsas məqsədi — yanğınlar və aviasiya qəzası kimi potensial ssenarilərə qarşı operativ reaksiya imkanlarının sınaqdan keçirilməsi, insan həyatının xilas edilməsi üzrə əməliyyatların effektiv təşkili və hadisə yerində qurumlararası koordinasiyanın gücləndirilməsidir.
Praktik mərhələlərdə yanğından mühafizə bölmələrinin hazırlıq vəziyyəti, irimiqyaslı fövqəladə hadisələr zamanı manevr qabiliyyəti, böhran anında çevik qərarvermə bacarığı və resursların idarə olunması simulyasiya olunmuş ssenarilər əsasında sınaqdan keçirilib. Eyni zamanda, müxtəlif qurumlar arasında real vaxt rejimində informasiya mübadiləsi və əməliyyat qərarlarının qəbulunda koordinasiya imkanlarının effektivliyi qiymətləndirilib.
Teqlər:
"FHN v\u0259 AZAL hava limanlar\u0131nda birg\u0259 t\u0259liml\u0259r ke\u00e7irib - V\u0130DEO"