Menyu

AMQF bir illik fəaliyyətinə dair ictimai hesabat verib

AMQF bir illik fəaliyyətinə dair ictimai hesabat verib

Azərbaycan Milli QHT Forumu (AMQF) İdarə Heyəti bir illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransı keçirib.

Operativ Media xəbər verir ki, Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli Forumun iflic vəziyyətdən yeni və çevik idarəçilik mexanizminə keçid prosesindən danışıb.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli Qlobal Cənub QHT Platformasının Qoşulmama Hərəkatının QHT şəbəkəsi adını daşımağa tam haqqı olduğunu qeyd edib:

"Qlobal Cənub QHT Platformasına rəhbərliyin ölkəmizə həvalə edilməsi, həmin qərar elan olunarkən 116 ölkə təmsilçisinin ayaqüstə qalxaraq alqışlarla bu anı qeyd etməsi Azərbaycanın beynəlxalq arenada moderator və lider kimi artan rolunu vurğulayır”.

İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva QHT-lərin COP29 prosesinə verdiyi töhfələrdən söz açıb.

İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov isə ötən bir il ərzində Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlığı üçün böyük imkanların açılması həm də QHT-lərin inkişafı siyasətinə məsul olan dövlət qurumlarının böyük zəhmətinin, fədakar xidmətinin nəticəsi olduğunu deyib.

İdarə Heyətinin üzvü, Xatirə Vəliyeva Azərbaycan Milli QHT Forumu QHT-lərlə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də işlərin aparıldığını qeyd edib:

"Bu barədə ictimai müzakirələr təşkil edilir. Yaxın vaxtlarda təkliflər sistemləşdiriləcək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq".

Yekunda Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti 1 illik fəaliyyət dövrünün Forum üçün mühüm mərhələnin başlanğıcı olduğunu bildirərək, qarşıdakı dövrdə həm yerli, həm də beynəlxalq miqyasda vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyə davam ediləcəyini vurğulayıb.

Teqlər:

"AMQF bir illik f\u0259aliyy\u0259tin\u0259 dair ictimai hesabat verib"

Əlaqəli Xəbərlər