Menyu

DİN: Həftəsonu bank kratlarından 16 min manata yaxın pul oğurlanıb

Nərmin Qocamanlı
DİN: Həftəsonu bank kratlarından 16 min manata yaxın pul oğurlanıb

Həftəsonu bank kratlarından 16 min manata yaxın pul oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:

"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 17-də və 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9800, 1586, 1012, 999, 850, 790, 210, 200, 170, 73, 40, 40 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır", - məlumatda qeyd olunub.

Teqlər:

"D\u0130N: H\u0259ft\u0259sonu bank kratlar\u0131ndan 16 min manata yax\u0131n pul o\u011furlan\u0131b"

Əlaqəli Xəbərlər