Ana səhifə / Ölkə / Küləkli və yağıntılı hava şəraiti davam edir - HAVA Küləkli və yağıntılı hava şəraiti davam edir - HAVA 16.05.2025, 18:05 Əsəd Abbaslı Saat 18:00-a olan məlumata əsasən ölkə əraizisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Xaltan, Quba, Qusar, Altıağac, Beyləqan, Xaçmaz, Xınalıq, Daşkəsən, Göygöl, Qobustan, Qrız, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağda isə qar yağması müşahidə olunur. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 21 m/s-dək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Aran rayonlarında 23, Naxçıvan MR-da 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınır. Teqlər: "K\u00fcl\u0259kli v\u0259 ya\u011f\u0131nt\u0131l\u0131 hava \u015f\u0259raiti davam edir - HAVA"