Menyu

Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzv seçilib

Əsəd Abbaslı
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzv seçilib

Fotoqraf Valeh Arifoğlu Qan Donorluğunun İnkişafı Mərkəzinə fəxri üzv seçilib.

Operativ Media xəbər verir ki, bu barədə qərar Mərkəzin İdarə Heyətinin iclasında qəbul olunub.

Qərarda bildirilir ki, Valeh Arifoğlunun foto sənətinə verdiyi töhfələr, sosial məsuliyyət mövzularına göstərdiyi həssas yanaşma və cəmiyyətdəki nüfuzu onun fəxri üzv seçilməsində əsas rol oynayıb.

İdarə Heyətinin sədri Fuad Rəsul məsələ ilə bağlı açıqlamasında bildirib:  “Valeh Arifoğlu foto sənətində özünəməxsus dəst-xətti, sosial mesajlarla zəngin fotoları və cəmiyyətlə quran emosional əlaqəsi ilə tanınır. Onun fotoları tez-tez sosial mediada və ictimai müzakirələrdə ön plana çıxır. İnanırıq ki, Valeh bəyin fəxri üzv kimi dəstəyilə Mərkəzimizin maarifləndirmə və sosial layihələrində daha da güclü nəticələr əldə edəcəyik.”

Mərkəz həmçinin qeyd edib ki, Valeh Arifoğlunun fəxri üzv statusu, yalnız sənətə deyil, donorluq mədəniyyətinin inkişafına da mühüm töhfə verəcək.

Teqlər:

"Tan\u0131nm\u0131\u015f fotoqraf Valeh Arifo\u011flu f\u0259xri \u00fczv se\u00e7ilib"

Əlaqəli Xəbərlər