Azərbaycanda “Xalq” və “Əməkdar” fəxri adı olanların sayı açıqlanıb
Azərbaycanda “Xalq” və “Əməkdar” fəxri adı olanların sayı açıqlanıb.
2025-ci il aprelin 1-nə olan məlumata görə, 401 500 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Prezident təqaüdü təyin olunmuş şəxslərin 247 nəfəri "Xalq”, 4495 nəfəri "Əməkdar” fəxri adı daşıyanlardır.
Rəsmi məlumata görə, "Xalq” fəxri adına görə 200 manat, "Əməkdar” fəxri adına görə 150 manat aylıq Prezident təqaüdü verilir.