Meksikada yol qəzasında 21 nəfər həyatını itirib
Meksikanın Oaxaca və Puebla ştatlarını birləşdirən magistral yolda beton qarışdıran maşın, avtobus və mikroavtobusla toqquşub.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qəza nəticəsində 21 nəfər həyatını itirib.
Səlahiyyətlilər bildiriblər ki, betonqarışdıran maşın başqa avtomobili ötmək istəyərkən qarşı zolağa keçib, əvvəlcə avtobusa, sonra isə mikroavtobusa dəyib. Yola yuvarlanıb və alovlanıb. Bölgəyə çoxlu sayda təcili yardım və xilasetmə qrupları göndərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net