Ukraynanın xarici işlər naziri Sibiha amerikalı həmkarı Rubio ilə Antalyada görüşüb
Əziz Əzizli
Sibiha Antalyada keçirilən NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı çərçivəsində amerikalı həmkarı Rubio ilə görüşüb.
Operativ Media xəbər verir ki, o, bu haqda X sosial şəbəkəsində paylaşım edib.
"Atılacaq addımların məntiqini ətraflı müzakirə etdik və yanaşmalarımızı paylaşdıq" deyən Sibiha, ABŞ-yə sülh danışıqlarında iştirakına görə təşəkkür etdiyini bildirib.
Sibiha, ABŞ ilə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını qeyd edərək, "Rusiyanın Ukraynanın konstruktiv addımlarına cavab verməsi kritikdir. Hələlik bu baş verməyib. Moskva sülhü rədd etməyin bir əvəzinin olduğunu başa düşməlidir", - deyə bildirib.