Menyu

Sabah Bakının bir sıra ərazilərində qaz olmayacaq

Nərmin Qocamanlı
Sabah Bakının bir sıra ərazilərində qaz olmayacaq

Bakının Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində görüləcək təmir işlərilə əlaqədar 15.05.2025-ci il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Operativ Media xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Qeyd olunan səbəbdən müvafiq olaraq Ə.Əliyev, M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrində, eləcə də M.Ə.Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Hövsan "MİDA yaşayış kompleksi"nin, həmçinin Motodrom ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Sabah Bak\u0131n\u0131n bir s\u0131ra \u0259razil\u0259rind\u0259 qaz olmayacaq"

Əlaqəli Xəbərlər