Ana səhifə / Ölkə / Kənd təsərrüfatı naziri koronovirusa yoluxub Kənd təsərrüfatı naziri koronovirusa yoluxub 13.05.2025, 21:17 Əsəd Abbaslı Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronovirusa (COVID-19) yoluxub. Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Qeyd olunub ki, nazir Bakıda keçirilən "Caspian Agro" sərgisi ilə əlaqədar COVID-19 testi verib. "Testi nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib", - nazirlikdən bildirilib. Qeyd edək ki, hər il olduğu kimi kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu il də sözügedən sərgilərin açılışında iştirak etməli imiş. Xatırladaq ki, nazir dünən Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə görüşüb. Teqlər: "K\u0259nd t\u0259s\u0259rr\u00fcfat\u0131 naziri koronovirusa yoluxub"