Menyu

Putin: Rusiya Qərbin hər iki tərəfə zərər verəcək addımlarına hazır olmalıdır

Əsəd Abbaslı
Putin: Rusiya Qərbin hər iki tərəfə zərər verəcək addımlarına hazır olmalıdır

Rusiya Qərbin hər iki tərəfə zərər verəcək addımlarına hazır olmalıdır. Qərb ölkələri Rusiyaya zərər vermək naminə öz iqtisadiyyatlarına belə ziyan vurmağa hazır olduqlarını nümayiş etdiriblər, buna görə də Moskva bu cür addımların davamına hazır olmalıdır.

Operativ Media xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin "Delovaya Rossiya" (Biznes Rusiya) Assosiasiyasının üzvləri ilə görüşdə səsləndirib.

“Dünyanın aparıcı iqtisadiyyatları tənəzzülə uğrayır, təkcə bizə zərər vermək üçün. Ona görə də biz bu cür fikirləri və hərəkətləri nəzərə almalıyıq. Və əlbəttə biz heç olmasa, bu cür mənfi nəticələri minimuma endirməliyik. Biz bilirik ki, müasir dünyada hər şey bir-biri ilə əlaqəlidir. Amma yenə də, bizim iqtisadi müstəqilliyimiz və suverenliyimizin parametrlərindən biri olan əsas amillər mövcuddur",- deyə Rusiya prezidenti söyləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər