Menyu

ADY: Sərnişin qatarının qarşısına heyvan sürüsü çıxıb

Əsəd Abbaslı
ADY: Sərnişin qatarının qarşısına heyvan sürüsü çıxıb

Bu gün səhər saatlarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarın qarşısına Zəyəm-Dəllər sahəsində nəzarətsiz buraxılmış xırdabuynuzlu heyvan sürüsü çıxıb. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

Operativ Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin hadisə ilə bağlı açıqlamasında bildirilib.

Qurum heyvan sahiblərinə bir daha müraciət edərək dəmir yolu ətrafında heyvanları nəzarətsiz buraxmamağa çağırır.

"Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur", - məlumatda belə deyilir.

Teqlər:

"ADY: S\u0259rni\u015fin qatar\u0131n\u0131n qar\u015f\u0131s\u0131na heyvan s\u00fcr\u00fcs\u00fc \u00e7\u0131x\u0131b"

Əlaqəli Xəbərlər