Menyu

Mayın 15-də dövlət qulluğu imtahanı keçiriləcək

Nərmin Qocamanlı
Mayın 15-də dövlət qulluğu imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 may 2025-ci il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid  BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahana qeydiyyat 2025-ci il aprelin 11-dən mayın 1-dək aparılıb və bu müddət ərzində 1747 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 113 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı ayrılıb.

Teqlər:

"May\u0131n 15-d\u0259 d\u00f6vl\u0259t qullu\u011fu imtahan\u0131 ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər