Sumqayıtda fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB 2
Əsəd Abbaslı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli evdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb.
Fərdi yaşayış evi yanğından mühafizə olunub.
21:14
Sumqayıt şəhərinin Qurd dərəsi adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində yanğın baş verib.
Operativ Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunaraq yanğını qısa müddətdə söndürüblər və alovun yaxınlıqdakı tikililərə keçməsinə imkan verilməyib.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi maddi ziyan dəyib.
20:49
Sumqayıt şəhərində fərdi yaşayış evində güclü yanğın başlayıb.
Operativ Media xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, evin zirzəmisi və həyətyanı sahəsində yerləşən yarımçıq tikilidə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.