Kür və Araz çaylarında sululuq artımı müşahidə olunub
Əziz Əzizli
Avtomat hidroloji stansiyaların mayın 9-u saat 10:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçayda 7 sm, Kür çayının aşağı axınında Kür-Surrada 19 sm, Kür-Salyanda 42 sm, Kür-Şirvanda 48 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 17 sm, Araz çayının yuxarı axınında isə 19 sm artım qeydə alınıb.
Teqlər:
"K\u00fcr v\u0259 Araz \u00e7aylar\u0131nda sululuq art\u0131m\u0131 m\u00fc\u015fahid\u0259 olunub"