Menyu

Qazaxda ağır qəza baş verib

Əsəd Abbaslı
Qazaxda ağır qəza baş verib

Qazaxda ağır yol nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində olub. 

Belə ki, 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi “VAZ 21099” markalı avtomobili aşırıb.

Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, həmçinin maşında olan 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Teqlər:

"Qazaxda a\u011f\u0131r q\u0259za ba\u015f verib"

Əlaqəli Xəbərlər