Menyu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilib - YENİLƏNİB

Əsəd Abbaslı
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilib - YENİLƏNİB

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konsert proqramı təşkil olunub.

Operativ Media xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Bakı Konqres Mərkəzində keçirilən konsertdə dövlət və özəl qurumların nümayəndələri, Milli Məclisin deputatları, həmkarlar ittifaqlarının üzvləri və media nümayəndələri iştirak ediblər.

Konsert proqramı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahı və müasir Azərbaycanın inkişafı üçün tarixi xidmətlərini əks etdirən film nümayiş olunub.

Sonra tədbirdə xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı təqdim edilib.
Tanınmış ifaçılar Ümummilli Liderin sevdiyi musiqi nömrələri ilə çıxış ediblər.

Konsert proqramı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Layiqli Əmək Səfiri, Xalq artisti Mənsum İbrahimovun “Qarabağ” musiqi kompozisiyası ilə başa çatıb.

21:10

Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir.

Bu barədə Operativ Media xəbər verir.

Teqlər:

"\u00dcmummilli Lider Heyd\u0259r \u018fliyevin anadan olmas\u0131n\u0131n 102-ci ild\u00f6n\u00fcm\u00fc il\u0259 \u0259laq\u0259dar \u201cS\u0259n el\u0259 bir zirv\u0259s\u0259n\u201d adl\u0131 konsert proqram\u0131 ke\u00e7irilib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər