Sahil qəsəbəsində qaz təchizatı müvəqqəti dayandırılacaq
Əsəd Abbaslı
Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və siyirtmənin təmir olunması məqsədi ilə 08.05.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə Operativ Media-ya “Azəriqaz” İB-dən bildirilib.
Məlumata görə, təmir işləri aparılan müddətdə Sahil qəsəbəsinin tam olaraq, Sumqayıt şəhərinin isə bir hissəsinin (Stansiya Sumqayıt ərazisində Qaçqın şəhərciyi və 5 sənaye müəssisəsi) qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.
Teqlər:
"Sahil q\u0259s\u0259b\u0259sind\u0259 qaz t\u0259chizat\u0131 m\u00fcv\u0259qq\u0259ti dayand\u0131r\u0131lacaq"