Menyu

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Nərmin Qocamanlı
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 6-9-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə Operativ Media-ya ADY məlumat verib.

Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.

Biletləri ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və vağzal və stansiya kassalarından əldə etmək mümkündür.

Teqlər:

"Bak\u0131-Q\u0259b\u0259l\u0259-Bak\u0131 mar\u015frutu \u00fczr\u0259 \u0259lav\u0259 qatar reysl\u0259ri t\u0259yin edilib"

Əlaqəli Xəbərlər