Menyu

Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub

Əsəd Abbaslı
Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub

Azərbaycanda rəsmi səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub.

Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Hissədə şəxsi heyət üçün yaradılmış iş şəraiti və “Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsinə həsr olunmuş sərgi barədə qonağa məlumat verib.

Sonra Baş nazir A.Turçinə yeni alınmış xüsusi texnikalar təqdim olunub.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının daim yeniləndiyini diqqətə çatdıran nazir K.Heydərov Azərbaycan və Belarus arasında sıx əməkdaşlıq münasibətləri zəminində ötən ilin noyabr ayında COP29 iqlim konfransı çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuş Azərbaycan FHN-in ehtiyacları üçün Gəncə Avtomobil Zavodunda birgə yığılaraq Nazirliyə təhvil verilmiş yanğınsöndürmə texnikaları və onların texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib.

Teqlər:

"Belarusun Ba\u015f naziri S\u0259bail Rayon Yan\u011f\u0131ndan M\u00fchafiz\u0259 Hiss\u0259sind\u0259 olub"

Əlaqəli Xəbərlər