Menyu

Xaçmazda yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Xaçmazda yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Xaçmaz rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, üç nəfər isə xəsarət alıb.

Bu barədə Operativ Media-ya DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumat verib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Tərlan Əlifxan oğlu Həsənbəyovun idarə etdiyi “Toyota” markalı, 10-TY-848 dövlət qeydiyyat nişanlı avtomobil rayonun Lecət kəndi istiqamətində hərəkətdə olarkən yüksək sürət və kəskin manevr etmə səbəbindən yoldan çıxaraq aşıb.

Nəticədə sürücü həyatını itirib, avtomobildə olan sərnişinlər - T. Həsənbəyovun azyaşlı oğlu, qayınanası və qayınatası müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Düşdüyü qəzada atasını da itirən bir azyaşlı üçün bərpası mümkün olmayan itkilərə yol açan bu hadisə sükan arxasında verilən yanlış qərarların hansı faciələrə səbəb olduğunu növbəti dəfə nümayiş etdirir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və doğmalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!

***

15:37

Xaçmazda ailəsi ilə birgə səfərdə olan sürücü idarəetməni itirib, nəticədə avtomobil aşıb.

Operativ Media xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb. 

Qəza nəticəsində, sürücü hadisə yerində həyatını itirib. Qəzada sürücünün azyaşlı övladı, qaynanası və qayınatası ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Qəzalarla bağlı Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara bir daha xəbərdarlıq edib.

-Sükan arxasında yalnız özünüzün deyil, ailənizin də taleyinə cavabdehsiniz.

-Səfərə çıxmazdan əvvəl mütləq istirahət edin, avtomobilin texniki vəziyyətini yoxlayın.

-Sürətə yox, təhlükəsizliyə üstünlük verin.

-Uşaqlar üçün təhlükəsizlik kəməri həyat qədər vacibdir.

Bir ailəni yol deyil, ehtiyatsızlıq məhv etdi.

Sizin ailəniz növbəti olmasın !!!

Teqlər:

"Xa\u00e7mazda yol q\u0259zas\u0131 ba\u015f verib 1 n\u0259f\u0259r \u00f6l\u00fcb 3 n\u0259f\u0259r yaralan\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər