Menyu

Rumıniyada prezident seçkilərinin birinci turunda millətçi namizəd qalib gəlib

Əziz Əzizli
Rumıniyada prezident seçkilərinin birinci turunda millətçi namizəd qalib gəlib

Rumıniyadakı prezident seçkilərinin ilk turunda bülletenlərin 99,9%-i hesablandıqdan sonra 40,88% səs toplayaraq, “Rumınların Birləşməsi Uğrunda” millətçi Alyansın lideri George Simion böyük fərqlə qalib gəlib.

Operativ Media xəbər verir ki, məlumatlar Daimi Seçki Administrasiyasının saytında dərc olunub.

İkinci yerdə 20,98% səs toplayan müstəqil namizəd, Buxarest meri Nikuzor Dan qərarlaşıb. Rumıniyada Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və Macarların Demokratik İttifaqından ibarət hakim koalisiya partiyalarının vahid namizədi Krin Antonesku bülletenlərin hesablanması zamanı 20,12% səslə üçüncü yerdə qərarlaşıb.

Simion diasporun rumınları arasında da birinci raundda qalib gəlib. Bülletenlərin 98,76%-i hesablandıqdan sonra o, səslərin 60,55%-ni, Dan 25,4%-ni, Antonesku 6,84%-ni toplayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər