Menyu

Rezidenturaya qəbul imtahanının nəticələri 2-3 gün ərzində elan ediləcək

Əsəd Abbaslı
Rezidenturaya qəbul imtahanının nəticələri 2-3 gün ərzində elan ediləcək

Mayın 4-də rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Operativ Media-ya bildirilib ki, imtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 124 nəzarətçi-müəllim, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Mayın 5-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan ediləcək.

Teqlər:

"Rezidenturaya q\u0259bul imtahan\u0131n\u0131n n\u0259tic\u0259l\u0259ri 2-3 g\u00fcn \u0259rzind\u0259 elan edil\u0259c\u0259k"

Əlaqəli Xəbərlər