Ana səhifə / Ölkə / Şirvanda yol qəzası olub, xəsarət alanlar var Şirvanda yol qəzası olub, xəsarət alanlar var 02.05.2025, 23:00 Əsəd Abbaslı Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb. Operativ Media xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzində qeydə alınıb. İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Teqlər: "\u015eirvanda yol q\u0259zas\u0131 olub x\u0259sar\u0259t alanlar var"