Menyu

Suriya İsrailin Dəməşqə hava zərbəsini təhlükəli eskalasiya adlandırıb

Əsəd Abbaslı
Suriya İsrailin Dəməşqə hava zərbəsini təhlükəli eskalasiya adlandırıb

Suriya administrasiyasının müvəqqəti rəhbəri Əhməd əl-Şaraa İsrailin mayın 2-nə keçən gecə Dəməşqdəki prezident sarayının ərazisinə  endirdiyi hava zərbələrini təhlükəli eskalasiya hesab edib.

Operativ Media xəbər verir ki, bu barədə Suriya prezidentinin ofisi məlumat yayıb. 

"Əhməd əl-Şaraa prezident sarayının İsrail işğalçı qüvvələri tərəfindən bombalanmasını ən kəskin şəkildə pisləyir, o, bunu təhlükəli eskalasiya adlandırıb", - məlumatda qeyd olunub. 

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz birgə bəyanatla çıxış ediblər.

Onlar Suriya paytaxtında prezident sarayının yaxınlığındakı hədəfə hücum barədə məlumat veriblər.

Yəhudi dövlətinin nümayəndəsinin bu addımı Suriya rejiminə açıq siqnal adlandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər