Menyu

Füzuli istiqamətində aviabiletlərin alışı qaydaları dəyişib

Əsəd Abbaslı
Füzuli istiqamətində aviabiletlərin alışı qaydaları dəyişib

Bu gündən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən Bakı–Füzuli–Bakı marşrutu üzrə həyata keçirilən uçuşlara aviabilet alışı qaydalarında dəyişikliklər qüvvəyə minir.

Operativ Media AZAL-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları bu istiqamətdə aviabiletləri AZAL-ın rəsmi internet saytından və ya mobil tətbiqindən xüsusi icazə təqdim etmədən birbaşa əldə edə bilərlər.

Bu imkan həm bir istiqamətdə, həm də gediş-dönüş uçuşlarına şamil olunur.

Səfər üçün tələb olunan zəruri icazələr sistem tərəfindən avtomatik şəkildə təqdim olunur.

Bu səbəbdən “Yolumuz Qarabağa” portalı vasitəsilə əlavə müraciət göndərilməsinə ehtiyac qalmır.

Sözügedən dəyişikliklər Azərbaycan vətəndaşları üçün prosedurların sadələşdirilməsi və səfər prosesinin daha da rahat keçməsi məqsədilə tətbiq olunub.

Xarici ölkə vətəndaşlarının isə Füzuli istiqamətində səfər etmələri üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə almaları tələb olunur.

Qeyd edək ki, Bakı–Füzuli–Bakı reysləri həftədə iki dəfə – şənbə və bazar günləri həyata keçirilir.

Teqlər:

"F\u00fczuli istiqam\u0259tind\u0259 aviabiletl\u0259rin al\u0131\u015f\u0131 qaydalar\u0131 d\u0259yi\u015fib"

Əlaqəli Xəbərlər