Menyu

Bakıda 17 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb - VİDEO

Bakıda 17 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz davam etdirilir. Qaradağ rayonunda keçirilən növbəti əməliyyat zamanı  41 yaşlı Qubad Məmmədov tutulub. Onun narkotiklərin qanunsuz dövriyyəsi zamanı istifadə etdiyi gizli saxlanc yerindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 3 kiloqram 300 qram psixotop maddə metamfetamin aşkarlanıb. 

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

Q.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər:

"Bak\u0131da 17 kq narkotikin qanunsuz d\u00f6vriyy\u0259sinin qar\u015f\u0131s\u0131 al\u0131n\u0131b - V\u0130DEO"

Əlaqəli Xəbərlər