Menyu

Gələn ildən RFO-da kimya fənni üzrə də praktiki turlar təşkil olunacaq

Nərmin Qocamanlı
Gələn ildən RFO-da kimya fənni üzrə də praktiki turlar təşkil olunacaq

Təbiət fənni üzrə Respublika Fənn Olimpiadalarında praktiki turların keçirilməsi yeni bir prosesdir. Gələn ildən etibarən Respublika Fənn Olimpiadalarının kimya fənni üzrə praktiki turu təşkil ediləcək.

Operativ Media xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Respublika Fənn Olimpiadalarının biologiya fənni üzrə praktiki turuna mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

O, əlavə edib ki, bu ildən biologiya fənni üzrə Respublika Fənn Olimpiadalarının praktiki turları keçirilir:

"Bu gün ilk dəfə olaraq biologiya fənni üzrə Respublika Fənn Olimpiadalarının praktiki turu keçirildi", - deyə Fuad Qarayev qeyd edib.

Teqlər:

"G\u0259l\u0259n ild\u0259n RFO-da kimya f\u0259nni \u00fczr\u0259 d\u0259 praktiki turlar t\u0259\u015fkil olunacaq"

Əlaqəli Xəbərlər