Menyu

İspaniyanın elektrik şəbəkəsinə kiberhücum edildiyi güman edilir

İspaniyanın elektrik şəbəkəsinə kiberhücum edildiyi güman edilir

İspaniyanın elektrik şəbəkəsi operatoru – “Red Electrica” ölkədə baş verən genişmiqyaslı elektrik kəsintisinin səbəbinin kiberhücumla bağlı ola biləcəyini istisna edib.

Operativ Media “Pais” qəzetinə istinadla xəbər verir ki, bu barədə kompaniyanın əməliyyat məsələləri üzrə direktoru Eduardo Prieto deyib.

“Biz elektrik şəbəkəsi operatorunun idarəetmə sisteminə heç bir müdaxilənin olmadığı qənaətinə gəldik”, - deyə Eduardo Prieto bildirib. Onun sözlərinə görə, elektrik kəsintisinin səbəbləri ilə bağlı araşdırma davam edir.

Xatırladaq ki, aprelin 28-də yerli vaxtla saat 12:30-da İspaniyanın demək olar, bütün ərazisində elektrik enerjisi kəsilib. Bir gün sonra ölkənin elektrik şəbəkəsi operatoru – “Red Electrica” elektrik təchizatı sistemlərinin bərpa edildiyini açıqlayıb. Ekspertlərin ilkin hesablamalarına görə, genişmiqyaslı elektrik kəsintisi ölkəyə təxminən bir milyard avro zərər vurub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər