Menyu

Əhməd əş-Şara: Suriya İsraillə münasibətlərin normallaşmasında maraqlıdır

Əsəd Abbaslı
Əhməd əş-Şara: Suriya İsraillə münasibətlərin normallaşmasında maraqlıdır

Suriyanın yeni rəhbəri Əhməd əş-Şara İsraillə münasibətlərin normallaşdırılmasında maraqlı olduqlarını bildirib.

Operativ Media xəbər verir ki, o, bu barədə ABŞ konqresmeni Kori Mills ilə görüşdən sonra bəyan edib.

Mills Suriyaya həmkarı, konqresmen Marlin Ştutsmanla birlikdə səfər edib. Bu, Suriya eks-prezidenti Bəşər Əsədin devrilməsindən sonra ABŞ rəsmilərinin ölkəyə ilk rəsmi səfəri olub.

Görüş zamanı ABŞ tərəfi Suriyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılması və ya tam ləğv olunması üçün bir sıra şərtlər irəli sürüb.

Onlardan biri də İsraillə münasibətlərin normallaşdırılmasıdır.

Əl-Şaraa bu istiqamətdə müəyyən şərtlərlə irəliləməyə hazır olduqlarını deyib və vurğulayıb ki, Suriya "İbrahim Sazişləri"nə qoşulmaq imkanını nəzərdən keçirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər