Menyu

Moskvada maşın partlayıb, general-leytenant ölüb

Moskvada maşın partlayıb, general-leytenant ölüb

Moskva vilayətinin Balaşixa şəhərində baş verən partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik ölüb.

Operativ Media yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. 

"Moskva ətrafındakı Balaşixa şəhərində maşın partlayışı zamanı həlak olan şəxs Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik olub", - məlumatda bildirilib.

İstintaq Komitəsi "Volkswagen" markalı avtomobildə partlayışın partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini təsdiqləyib.

Məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər