Menyu

Hindistan atəşkəs sazişindən çıxmağı planlaşdırır

Əsəd Abbaslı
Hindistan atəşkəs sazişindən çıxmağı planlaşdırır

Hindistan Cəmmu və Kəşmirdə terror aktından sonra Pakistanla atəşkəs sazişindən çıxa bilər.

Operativ Media xəbər verir ki, bu barədə "News18" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Hökumət mənbələri bildiriblər ki, Pakistan Nəzarət Xəttində və beynəlxalq sərhəddə öz öhdəliklərini yerinə yetirmədiyi üçün Yeni Dehli məsələyə ciddi yanaşır.

Xatırladaq ki, aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində terror aktı baş verib.

Baysaran vadisində cığırla çıxan turistlərə silahlılar pulemyotlardan atəş açıb. 

Bu fonda Hindistan bütün Pakistan vətəndaşlarının ölkədən qovulduğunu elan edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər