Misirdə ağır yol qəzası baş verib
Misirin cənubundakı Minya əyalətində ağır yol qəzası baş verib, 8 nəfər ölüb, 25-i yaralanıb.
Operativ Media bu barədə “Sinxua” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, yol qəzası Minya əyalətinin Tuna el-Gebel kəndində qeydə alınıb.
Belə ki, yük maşını işçiləri və onların uşaqlarını daşıyan pikapı vurub.
Hadisə yerinə təcili yardım cəlb olunub.
Qəzanın hansı şəraitdə baş verdiyi araşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net