Tramp Rusiya gəmilərinə qoyulan qadağanı uzadıb
Əsəd Abbaslı
ABŞ Prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya başqa şəkildə Rusiya ilə əlaqəli olan gəmilərin ABŞ limanlarına qəbuluna qoyulan qadağanı daha bir il müddətinə uzadıb.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin ABŞ Federal Reyestrində yerləşdirilmiş sənədində deyilir.
“Rusiya Federasiyasına münasibətdə milli fövqəladə vəziyyət rejimini və Rusiyaya aid gəmilərin Birləşmiş Ştatların limanlarında yanalmasını və hərəkətini tənzimləmək üçün 10371 saylı Bəyannamədə təsbit olunmuş fövqəladə hallar səlahiyyətlərini bir il müddətinə uzadıram”, - sənədin mətnində deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net